Nəşrə dair tələblər
Redaksiya heyəti

Azərbaycan Milli Elmlər Akademiyası
FOLKLOR   İNSTİTUTU

 "DƏDƏ  QORQUD"
elmi-ədəbi toplu

“DƏDƏ QORQUD” JURNALININ AZƏRBAYCAN RESPUBLİKASIN­DA DİSSERTASİYALARIN ƏSAS NƏTİCƏLƏRİNİN DƏRC OLUNMASI TÖVSİYƏ EDİLƏN DÖVRİ ELMİ NƏŞRLƏR QARŞISINDA QOYULAN TƏLƏBLƏRƏ UYĞUNLUĞU

1. “Dədə Qorqud” jurnalı dövri elmi nəşr kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qey­diy­yatından keçmişdir.

2. “Dədə Qorqud” jurnalı Beynəlxalq Standart Seriya Nömrəsi (İSSN) almışdır. Dövri elmi nəşrin elektron variantı var və internetdə yerləşdirilmişdir.

3. “Dədə Qorqud” jurnalının internetdə saytı var.

4. “Dədə Qorqud” jurnalının təsisçisi jurnalda aydın şəkildə qeyd olunmalıdır.

5. “Dədə Qorqud” jurnalının redaksiya heyəti vardır. Folklorşünaslıq sahələri üzrə məqalələr dərc edən dövri elmi nəşrdə hər bir elm sahəsinin mütəxəssislərindən ibarət anonim rəyçiləri var və bu rəyçilər siyahısının anonimliyi dövri elmi nəşrin redaksiya heyəti tərəfindən qorunur. Redaksiya heyətinin üzvləri dövri elmi nəşrin profilinə uyğun görkəmli mütəxəssislərdən ibarətdir və onların redaksiya heyətinə daxil edilməsi üçün yazılı razılığı vardır. Dövri elmi nəşrdə redaksiya heyəti üzvlərinin hər birinin adı (tam şəkildə), elmi titulu, elmi dərəcəsi və elmi adı qeyd olunmuşdur.

6. “Dədə Qorqud” jurnalına təqdim olunan məqalələr anonim rəyçilərin gizli rəyindən sonra uyğun şöbələrdə və ya redaksiya heyətinin mütəxəssis üzvlərindən biri tərəfindən çapa tövsiyə və ya təqdim olunur. Məqalənin sonunda onu çapa təqdim edən sahə redaktorunun və ya redaksiya heyəti üzvünün adı (tam şəkildə), onun elmi titulu, elmi dərəcəsi və elmi adı qeyd olunur. Təqdim olunan məqalənin dərc olun­masından imtina edildiyi halda redaksiya yazılı şəkildə müəllifə əsaslandırılmış imtina cavabı göndərir.

7. “Dədə Qorqud” jurnalının redaksiyası Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası ekspert şuralarının sorğularına cavab olaraq tələb olunan məqalənin dərc olunmasına dair verlimiş rəyləri vaxtında təqdim edir.

8. AMEA Folklor İnstitutu tərəfindən nəşr edilən “Dədə Qorqud” jurnalı müəssisənin elmi fəaliyyət istiqamətlərinə yüksək ixtisaslı elmi kadr potensialına, movcud elmi infrastrukturuna, elmi tədqiqat və mütəxəssis hazırlığı istiqamətinə və s. uyğundur.

9 . “Dədə Qorqud” jurnalı ancaq öz profilinə uyğun (folklorşünaslıq ixtisası üzrə) məqalələr dərc edir.

10. “Dədə Qorqud” jurnalında onun dövriliyi göstərilir və gözlənilir. “Dədə Qorqud” jurnalına 1-2, 3-4, 3-5 kimi nömrələr qoyulmur.

11. “Dədə Qorqud” jurnalında redaksiyasının poçt unvanı, telefon nömrəsi, elektron poçt ünvanı göstərilir.

12.“Dədə Qorqud” jurnalının formatı jurnal formatındadır və 250x180 mm-dən kiçik deyildir.

13.“Dədə Qorqud” jurnalı yaxın bir il ərzində öz elm sahəsinə uyğun olaraq, aşağıdakı beynəlxalq xüsusiləndirmə və indeksləndirmə sistemlərindən ən azı birinə daxil olmalıdır: Web of Science, Chemical Abstracts, Current Abstracts, CAB Abstracts, Computer and Control Abstracts, Physics Abstracts, BIOSIS/Biological Abstracts, Historlcal Abstracts, Sociological Abstracts, Geological Abstracts, SCOPUS, Reed Elsevier, Web of Knowledge, Astrophysics, Mathematics, Russian Science Citation Index, Pub Med, Springer, Agris, Google Scholar, Index Copernicus, AGRICOLA, GEOBASE, EBSCO Publishing, EBSCOhost, Mathernatical Reviews, Zentralblatt Math, Index Veterinarius, AB|/fnform, ANBAR, COREJ, Business Periodical Index, Philosopher's Index, Science Citation Index Expanded, Arts and Humanities Citation Index, Social Sciences Citation Index, INSPEC, EMBASE, SPIN, Elec­trical and Electronics Xndex, Energy Research Abstracts, Current Physics lndex, GeoRef, Scientific and Academic Publishing, Nova Science Publishers, Science Publishing Group ve s.

14. “Dədə Qorqud” jurnalının hər hansı bir nömrəsində və ya onun adında dövri elmi nəşr redaksiyasının əvvəlcədən müəyyən etdiyi yalnız bir seriya göstərilir.

15. “Dədə Qorqud” jurnalında "müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər" kimi ifadələrdən istifadə edilmir.

16. Məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində dərc olunur.

17. “Dədə Qorqud” jurnalında müəlliflər üçün xüsusi qaydalar verilir.

18. “Dədə Qorqud” jurnalında qabaqcıl dünya ölkələri alimlərinin və Azərbaycanın tanınmış folklorşünaslarının məqalələrinin çapına üsnünlük verilir və onlar növbədənkənar nəşr olunun.

19 . Məqalələrin mətnləri Times New Roman – 12 şrifti ilə (məsələn, Azərbaycan dilində latın əlifbası, rus dilində kiril əlifbası, ingilis dilində ingilis əlifbası ilə) 1 intervalla çap olunur. Məqalələrin həcmi ən az 6, ən çox 8 səhifə olmalıdır .

20. Hər bir məqalə yeni səhifədə verilir və səhifənin yuxarısında “Dədə Qorqud” jurnalının adı, ili, cildi, sayını bildirən başlıq verilir.

21. Məqaladə müəllif(lər)in işlədiyi müəssisə(lər) və həmin müəssisənin (müəssisələrin) ünvan(lar)ı, müəllif(lər)in elektron poçt ünvan(lar)ı göstərilir.

22. Elmi məqalənin əvvəlində problemin qoyuluşu, işin məqsədi, sonunda isə elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq, müəllif(lər)in gəldiyi elmi nəticəıər, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməlidir.

23. “Dədə Qorqud” jurnalına çap olunmaq üçün daxil olan məqalənin mövzusu ilə bağlı elmi mənbələrə istinadlar olunması, məqalənin sonunda verilən ədəbiyyat siyahısı ya istinad olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla (məsələn, [1] və ya [1, s. 119] kimi işarə olunmalı) ya da əlifba ardıcıllığı ilə nömrələnməsi, eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməsi məsələləri müəlliflərə tələb kimi qoyulur.

24. Həmçinin ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumatın tam və dəqiq oluması, istinad olunan mənbənin biblioqrafik təsviri onun növündən (monoqrafiya, dərslik, elmi məqalə və s.) asılı olaraq verilməsi, elmi məqalələrə, simpozium, konfrans və digər nüfuzlu elmi tədbirlərin materiallarına və ya tezislərinə istinad edərkən məqalənin, məruzənin və ya tezisin adının göstərilməsi, istinad olunan mənbənin biblioqrafik təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Dissertasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan təlimatların "istifadə edilmiş ədəbiyyat" bölməsinin 10. 2-10, 4.6 tələb­lərinin əsas götürülməsi də məqalələrə tələb kimi qoyulur.

25. Həmçinin məqalənin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməsi də məqalələrə tələb kimi qoyulur.

26. “Dədə Qorqud” jurnalında məqalənin dərc olunduğu dildən əlavə iki dildə də xülasəsi verilir. Məqalələrin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olur və məqalənin məzmununa uyğun tərtib edilir. Məqalədə müəllifin və ya müəlliflərin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. xülasədə yığcam şəkildə öz əksini tapır . Xülasənin həcmi 15-20 cümlə olmalıdır. Xülasələr elmi və qramatik baxrmdan ciddi redakta olunur. Hər bir xülasədə məqalənin adı, müəllifin və ya müəlliflərin tam adı göstərilir.

27. Hər bir məqalədə UOT indeksler və ya PACS tlpli kodlar açar sözlər göstərilir. Açar sözlər üç dildə (məqalanin və xülasələrin yazıldığı dillərdə) verilir.

28. Məqalənin redaksiyaya daxil olma, təkrar işlənməyə göndərilmə və çapa qəbul olunma tarixləri sonda göstərilir.

29. “Dədə Qorqud” jurnalının redaksiyası başqa elmi jurnallarda və nəşrlərdə çap olunan yazıları qəbul etmir . Məqalənin dərc olunması ilə əlaqədar olaraq müəllif və ya müəlliflərin razılığını, göndərilən məqalənin əvvəllər dərc olunmadığını (məqalənin tezis şəklində dərc olunmuş variantı istisna olmaqla), məqalənin hər hansı bir dildəki variantının eyni zamanda digər dövri elmi nəşrlərə göndəril­mədiyini və məqalə ilə bağlı elmi tədqiqat işinin hansı şəkildə yerinə yetirildiyini əks etdirən anket hazırlamış, bu anketi müəllif(lər) imzalayıb redaksiyaya göndərir və ya dövri elmi nəşrin saytına daxil olub anketin elektron variantını doldurur və onu elektron təsdiqləyirlər.

30. “Dədə Qorqud” jurnalında "əvvəli ötən saylarımızda", "ardı növbəti nömrədə" adı altında seriya məqalələr və materiallar dərc olunmur.

32. “Dədə Qorqud” jurnalının redaksiyasına daxil olan məqalələr plagiatlıq proqramından keçirilir.

33. “Dədə Qorqud” jurnalının zəruri nüsxələri, ixtisasına uyğun olaraq Azərbaycan Respublikasında dissertasiyaların avtoreferatlarının göndərildiyi təşkilatlara, o cüm­lədən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına göndərilir. Elmi nəşrin hər bir nömrəsinin nəzərdə tutulmuş kitabxanalardan hər birinə göndərilən nüsxələrinin sayı ikidən az olmur.

34. «Dədə Qorqud” jurnalının minimal tirajı müəyyən edilərkən 33-cü bəndin tələbləri nəzərə alınır.

35. «Dədə Qorqud” jurnalına ancaq doktorantların, dissertantların və elmi dərəcəli alimlərin məqalələri qəbul edilir. Redaksiya müəlliflərdən məqalələrin dərc olunması üçün rüsum almır.

36. Məqalələr ancaq word proqramında yığılmış şəkildə diskdə və 2 nüsxə kağızda çıxarılmış halda müəlliflər tərəfindən redaksiyaya təddim olunmalıdır. Nüsxalardən biri uyğun şöbələrə göndərilmək, müzakirə olunmaq və çapa layiq bilinməsi barədə qərar çıxarılmaq üçün nəzərdə tutulur. Digər nüsxə isə gizli rəyə göndərilmək üçün nəzərdə tutulur.

AXTAR
 
 

© Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu.
"Dədə Qorqud" elmi-ədəbi toplu. 2013.