Redaksiya heyəti

Azərbaycan Milli Elmlər Akademiyası
FOLKLOR   İNSTİTUTU

 "DƏDƏ  QORQUD"
elmi-ədəbi toplu

Məsul katib

TAHIR TALIB OĞLU ORUCOV

(01.08.1960, Tərtər rayonu, Evoğlu kəndi) –fil.ü.f.d.
1981-1986-cı illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. BDU-nu bitirdikdən sonra 1987-2001-ci illərdə Ağcabədi və Tərtər rayonlarında müəllim, tədris işləri üzrə direktor müavini, qəzetdə müxbir, şöbə müdiri işləmişdir.
2002-ci ildən AMEA Folklor İnstitutunun elmi əməkdaşıdır.
2008-ci ildə AMEA Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında «Qaravəlli janrının poetikası» mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Üç kitabın:
• Azərbaycan xalq ədəbiyyatından seçmələr. (Qaravəllilər, oyunlar və xalq tamaşaları). Bakı: Şərq-Qərb, 2005,
• Azərbaycan folkloru antologiyası. XIV kitab, Dərbənd folkloru. Bakı: Səda 2006, (H.İsmayılovla birlikdə),
• «Qaravəlli janrının poetikası» Bakı, Nurlan, 2009, 40-a yaxın elmi məqalənin, 300-dən çox elmi-publisistik və publisistik məqalənin müəllifidir.
AMEA Folklor İnstitutununda şöbə müdiri, beynəlxalq “Dədə Qorqud” jurnalının məsul katibi, Azərbaycan Jurnalistlər Birliyinin üzvdür.
Ailəlidir, iki övladı var.

AXTAR
 
 

© Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu.
"Dədə Qorqud" elmi-ədəbi toplu. 2013.