Redaksiya heyəti

Azərbaycan Milli Elmlər Akademiyası
FOLKLOR   İNSTİTUTU

 "DƏDƏ  QORQUD"
elmi-ədəbi toplu

Baş redaktorun müavini

SEYFƏDDİN GÜLVERDİ OĞLU RZASOY
filologiya üzrə elmlr doktoru

(1961, Biləsuvar rayonu Bəydili kəndi) mifologiya şöbəsinin müdiri, fil.ü.e.d. Seyfəddin Rzasoy anadan olmuşdur.
1986-cı ildə N.Tusi ad. ADPU-nu bitirmiş, müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.
1996-cı ildə «Nizami «Yeddi gözəl» mətnində dünya modeli və onun mifoloji qurumu» namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Akademiya sistemində 1996-cı ildən çalışır.
S.Rzasoy Türk epos, ritual və mifologiyasının tədqiqi ilə məşğuldur. Dörd monoqrafiyanın və çoxsaylı məqalələrin müəllifidir. «Oğuz mifinin strukturu» mövzusunda doktorluq dissertasiyası ilə bağlı ardıcıl araşdırmalar aparır. Mətnlərin tədqiqində struktur-semiotik tədqiqat metoduna üstünlük verir. Bu da ona Azərbaycan poetik düşüncəsinin struktur mexanizmlərini, funksionallaşma modellərini, gerçəkləşmə səviyyələrini, informativ təkamülünü uğurla bərpa etməyə imkan verir. Epik düşüncənin total inkişaf strukturunu diaxronik poetikası boyunca öyrənir. Bu baxımdan, araşdırmalarının obyektini mif, epos mətnlərindən tutmuş çağdaş bədii mətnlərəcən bütöv poetik düşüncə sistemi təşkil edir.

AXTAR
 
 

© Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu.
"Dədə Qorqud" elmi-ədəbi toplu. 2013.