Nəşrə dair tələblər
Redaksiya heyəti

Azərbaycan Milli Elmlər Akademiyası
FOLKLOR   İNSTİTUTU

 "DƏDƏ  QORQUD"
elmi-ədəbi toplu

29.10.2020

“Dədə Qorqud” jurnalının 67-cı sayı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun nəşri olan “Dədə Qorqud” elmi-ədəbi jurnalının 2019-cu ildə 4-cü, ümumilikdə 67-cı sayı çapdan çıxıb. Folklor İnstitutu Dədə Qorqud şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində materiallar altı rubrikada toplanıb. Toplunun bu sayında maraqlı araşdırmalar yer alıb.
“Dədə Qorqud” elmi-ədəbi jurnalının “Qorqudşünaslıq: axtarışlar, aşkarla-malar” bölməsində Asif Haciyevin (Şirvanelli) “Türkman kitabı”: oxunuş və şərhlər” məqaləsi, Türkman kitabı (mətn) yazısı dərc edilib.
“Folklorşünaslıq: problemlər, tədqiqlər” rubrikasında Füzuli Bayatın “Gizli bilgilərin qaynağı: Səmavi miflər”, Səfa Qarayevin “Novruzda yaradıcı cinsi davranışların simvolikası: Xızırın gecələr bərəkət paylaması və Papaqatmanın psixoanalitik semantikası”, Hikmət Quliyevin ”Molla Nəsrəddin obrazının psixogenezisi”: gülüş işlənilmiş günahın cəzası kimi ,Tahir Orucovun “Sovet rejiminin xalq bayramlarına, Novruz mərasimlərinə, dinə, din xadimlərinə, məscidlərə və dini məktəblərə qarşı mübarizəsi”, Nailə Mirzəyevanın “Tərcümədə nağıl təhkiyəsinin başlıca prinsip və şərtləri” (“Taxta qılınc” nağılı əsasında), Atif İslamzadənin “Mərasim folkloruna aid olan ağılarda islam inancları”, Aydın Mustafayevin “Ağac pirlərinin şəfaverici xüsusiyyətləri”, Nərmin Babayevanın “Azərbaycan folklorşünaslığında etioloji miflərin tədqiq təcrübəsi” (R.Qafarlının tədqiqatları əsasında), Leyla Nuriyevanın “Layla və oxşamalarda ana-övlad paradiqması“, Sevinc Əliyevanın “Azərbaycan folklorunda zooloji qurban motivi və onun növləri” məqalələri oxucuların ixtiyarına verilib.
Toplunun “Azsaylı xalqların folkloru ” rubrikasında İlkin Rüstəmzadənin Azərbaycan domları: “İnancları, adət-ənənələri”, Ləman Vaqifqızının (Süleymanova) “Dambur ifaçılığı” (Avarlardan toplanan etnoqrafik-folklor materialları əsasında) tədqiqatları yer almışdır.
Jurnalın ”Qardaş türk folklorundan örnəklər” rubrikasında “Edigey” dastanı– Tatar variant” (“N.İsanbetin qüsurlu nəşri”) məqaləsi yer almışdır.
Dərginin “Folklor həyatından rubrikasında “ isə Xətayi Əzizovun “Xalq aliminin bir ömürlük Dədə Qorqud Sevgisi “məqaləsi çap edilmişdir.
Bundan başqa, jurnalın “Cəlil Məmmədquluzadə–150” rubrikasında Allahverdi Məmmədlinin “Jurnalistika janrlarında “Molla Nəsrəddin” gülüşü” və Elçin Qaliboğlunun (İmaməliyev) “Molla Nəsrəddin” karikaturalarında folklor elementləri” məqalələri yer almışdır.

 

AXTAR
 
 

© Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu.
"Dədə Qorqud" elmi-ədəbi toplu. 2013.