“Dədə Qorqud” jurnalının 80-cı sayı çapdan çıxıb

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” elmi-ədəbi toplusunun 80-ci sayı çapdan çıxıb. Filologiya elmləri doktoru, professor Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu sayında maraqlı elmi məqalələr, Azərbaycan folklorundan yeni nümunələr, türk xalqları folklorundan örnəklər və başqa yazılar beş rubrikada öz əksini tapıb.
Toplunun “Heydər Əliyev – 100” rubrikasında filologiya elmləri doktoru, professor Ramazan Qafarlının “Azərbaycan-türk mifoloji-folklor irsinin araşdırılmasında Heydər Əliyevin rolu” məqaləsi dərc edilib.
“Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” rubrikasında filologiya elmləri doktoru, professor Ramil Əliyevin “Duxa Qoca oğlu Dəli Domrul boyu”nda mifoloji zaman”, filologiya üzrə fəlsəfə doktoru Aygül Qurbanovanın “Kitabi-Dədə Qorqud” təhkiyəsində epik haşiyələrin rolu” məqalələri oxucuların ixtiyarına verilib.
“Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanovun “Novruz bayramının mifoloji və sosial-mədəni semantikası”, filologiya elmləri doktoru, professor Rüstəm Kamalın (Rəsulov) “Şuşa ədəbiyyatımızda meteoroloji mif kimi”, filologiya elmləri doktoru, dosent Mətanət Abbasovanın “Novruz bayramı “çərşənbə”lərinin inanc və sınamaları türk mifik təfəkküründə (Güney Azərbaycan xalq məişəti əsasında)”, filologiya elmləri doktoru, professor Yeganə İsmayılovanın “Koroğlu” eposu süjetinin tarixi köklərinə dair”, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadənin “Teoloji inanc sistemi aspektində Novruz mərasimləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin “Qurban bayramının mənəvi vəhdət modeli kimi etnokulturoloji sistemdə yeri və funksiyası”, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlunun “İblis obrazı: mifoloji-dini şüurda və yazılı ədəbiyyatda (H.Cavidin “İblis” pyesi əsasında)”, filologiya üzrə fəlsəfə doktoru Ülkər Baxşiyevanın “Nizaminin “Leyli və Məcnun” poemasında məhəbbət dastançılıq ənənələrinin izləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Səfərovanın “Xəlil Rza Ulutürkün poeziyasında folklor motivləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədovanın “ Azərbaycan və Anadoluda uşaq oyunlarının ritual aspektdən müqayisəsi”, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımovanın “Azərbaycan nağıllarında Qaraçuxa və Bəxt obrazlarının paralelizmi”,
Tansu Rəsulovanın “Yuxugörmə və rəvayət söyləyicisi” və Gülxarə Əhmədovanın “Qarabağda inanclar” başlıqlı məqalələri ilə tanış olmaq mümkündür.
“Dədə Qorqud” toplusunun “Azərbaycan folklorundan yeni nümunələr” rubrikasında filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Cəlilovanın Naxçıvan Muxtar Respublikasından topladığı folklor örnəkləri təqdim olunub.
“Türk xalqlarının folklorundan nümunələr” bölməsində isə filologiya üzrə fəlsəfə doktoru Elnarə Əmirlinin “Türk xalqlarının kosmoqonik təsəvvürləri” başlıqlı yazısı və Azərbaycan türkcəsinə uyğunlaşdırdığı Ayla Günəşin yaranışı haqqında digər türk xalqlarına məxsus örnəklər dərc edilib. Jurnalın bu rubrikasında filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə Qəmbərovanın türkmən dilindən çevirdiyi “Şərq xalqlarının və dünya türklərinin qədim Novruz ənənələri” başlıqlı yazı da yer alıb.