Nəşrə dair tələblər
Redaksiya heyəti

Azərbaycan Milli Elmlər Akademiyası
FOLKLOR   İNSTİTUTU

 "DƏDƏ  QORQUD"
elmi-ədəbi toplu

15.12.2021

“Dədə Qorqud” jurnalının 74-cü sayı çapdan çıxıb

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” elmi-ədəbi toplusunun 74-cü sayı çapdan çıxıb. Bu sayda da elmi məqalələr, Azərbaycan folklorundan yeni örnəklər və başqa yazılar yer alıb.
Filologiya elmləri doktoru Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində materiallar 4 rubrikada toplanıb.
“Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölməsində filologiya elmləri doktoru Ramazan Qafarlının “Oğuzların “Kitabi-Dədə Qorqud”u harada yaranıb”, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun “Dədə Qorqud” dastanında “Ğaib” dünyanın sirri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfa Qarayevin “Hökmdarın taxtdan düşüb yenidən taxta çıxması kontekstində “Qazan xanın evinin yağmalanması” boyunun metaforik semantikası” məqalələri dərc edilib.
Jurnalın “Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində isə filologiya elmləri doktoru, professor Ramil Əliyevin “Yuxu və mif (professor Ramazan Qafarlının 70 yaşına həsr edilir)”, filologiya üzrə fəlsəfə doktoru, dosent Oruc Əliyevin “Qarabağ nağılçılıq ənənəsi”, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərlinin “Folklordan keçən zəfər yolu”, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucovun “Leninə, Stalinə və sovet quruculuğuna həsr olunmuş aşıq şeirləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin “Xıdır Nəbi bayramında magiya və Xızır-İlyas paralelizmi”, filologiya üzrə fəlsəfə doktoru Ülkər Ələkbərovanın “Türk xalqlarının folklorunda gizlədilən ruh”, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Yaqubqızının “Şahdağ xalqları və etnik qruplar: xınalıqlılar”, texnika üzrə fəlsəfə doktoru, dosent Xankişi Məmmədovun “Oykonim və oronim komponentli atalar sözləri və məsəllərin poetik semantikası”, filologiya üzrə fəlsəfə doktoru, dosent Tariyel Qəninin “Çağdaş Şirvan aşıqları və onların dastan repertuarı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanovanın “Balakən dambur ifaçılarının yaradıcılığı”, filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Məmmədovanın “Azərbaycan və qaraqalpaq əfsanələrinin mövzu, motif, süjet və obrazlarının müqayisəli öyrənilməsi”, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımovanın “Qarabağ mifoloji mətnlərində insanın yaradılışı motivi” məqalələri oxucuların ixtiyarına verilib.
“Dədə Qorqud” jurnalının “Azərbaycan folklorundan yeni nümunələr” bölməsində filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızının (Süleymanova) topladığı folklor örnəkləri – Dambur deyişmələri ilə tanış olmaq mümkündür.
“Qarabağ Azərbaycandır” rubrikasında isə Adil Nəsibovun “Yeni yaranan “Əziz Şuşa” mahnısının maraqlı tarixi” başlıqlı yazısı və sözügedən mahnının not yazısı yer alıb.
AXTAR
 
 

© Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu.
"Dədə Qorqud" elmi-ədəbi toplu. 2013.